DİAQNOSTİKA
BAĞÇANIZ HARADA İTİRİR?
Boş yer, gedən müəllim, çıxan valideyn. Səbəb çox vaxt bir yerdə deyil, sistemin boş qalan hissəsindədir. Diaqnostika bu hissəni rəqəmlə göstərir.
DİAQNOSTİKA NECƏ KEÇİR?
- 1
Telefon danışığı
Bağçanın vəziyyətini və məqsədinizi qısa danışırıq. Diaqnostikanın sizə lazım olub-olmadığını birlikdə müəyyənləşdiririk.
- Ödənişsiz2
Bağçada qısa diaqnostika
Bağçaya gəlirəm, əsas göstəricilərə baxıram və sizinlə danışıram. Problemin harada olduğunu ilkin görürsünüz.
- Ödənişli mərhələ3
Detallı diaqnostika
Sənədlər, rəqəmlər və komanda ilə iş. 8 istiqamətin hamısı tam yoxlanır.
- 4
Hesabat
Nəticə yazılı hesabatda təqdim olunur. Hesabatdan sonra nədən başlayacağınız bəllidir.
HESABATDA NƏ OLUR?
8 istiqamət üzrə bal
Hər istiqamət 1-dən 10-a qədər qiymətləndirilir. Güclü və zəif tərəfi bir baxışda görürsünüz.
Kök səbəb
Simptomu yox, səbəbi göstərir. Boş yerin səbəbi satışdadır, qiymətdədir, yoxsa komandada?
Prioritet xəritəsi
Nədən başlamaq lazımdır, nə gözləyə bilər. Hər şeyi birdən düzəltmək lazım deyil.
İlk 90 günün addımları
Konkret addımlar, məsul şəxs və ölçü. Plan kağızda qalmır.
8 İSTİQAMƏTDƏ HANSI SUALLAR VERİLİR?
Hər istiqamətdən yalnız bir nümunə sual:
İdarəetmə sistemi
Siz 2 həftə olmasanız, bağça necə işləyər?
Komanda strukturu
Son 12 ayda neçə müəllim gedib və əsl səbəb nə olub?
Maliyyə modeli və qiymət
Bir uşağın aylıq maya dəyəri nə qədərdir?
Satış sistemi
Müraciətlərin neçə faizi qeydiyyata çevrilir?
Əməliyyat prosedurları
Fövqəladə hal planı yazılıdır?
Marketinq və brend
Qonşu bağçadan nə ilə fərqlənirsiniz? Bir cümlə ilə.
Valideyn təcrübəsi
Son 12 ayda uşaq ili bitirmədən niyə çıxıb?
KPI və hesabatlıq
Hansı rəqəmi hər ay izləyirsiniz?
SİZDƏN NƏ LAZIMDIR?
Əsas rəqəmlər kifayətdir: qrup sayı və doluluq, aylıq təhsil haqqı, son aylarda neçə müraciət gəlib, neçəsi baxışa gəlib, neçəsi qeydiyyatdan keçib. Rəqəmləri dəqiq bilmirsinizsə, təxmini də yetər. Rəqəmin olmaması da nəticədir.
HESABAT NÜMUNƏSİ
Real hesabat belə görünür. Nümunə uydurma bağça və uydurma rəqəmlərlə hazırlanıb, yalnız quruluşu göstərir.
TEZ-TEZ VERİLƏN SUALLAR
Diaqnostika ödənişlidirmi?
Telefon danışığı və bağçada qısa diaqnostika ödənişsizdir. 8 istiqamətin hamısının sənəd və rəqəmlərlə yoxlandığı detallı diaqnostika ödənişli mərhələdir.
Diaqnostika bağçama lazımdırmı?
Bunu telefon danışığında birlikdə müəyyənləşdiririk. Bağçanın vəziyyətinə və məqsədinizə baxırıq, sonra diaqnostikanın sizə lazım olub-olmadığı bəlli olur.
Qiymət nə qədərdir?
Qiymət saytda açıqlanmır. Əməkdaşlığın şərtləri və qiyməti ilkin söhbətdə izah olunur.
BAĞÇANDA NEÇƏ BOŞ YER VAR?
Ödənişsiz ilkin diaqnostika ilə harada itirdiyini birlikdə tapaq.