Məzmuna keç
KƏNAN ZƏRBİYEV

ÖZƏL BAĞÇALAR ÜÇÜN BİZNES SİSTEMİ

XAOSDAN SİSTEMƏ

  • Satış
  • Maliyyə
  • Komanda
  • Marketinq

Yaxşı müəllim və gözəl bina yetmir. Bağçanın satış, maliyyə və idarəetmə sistemini qurmaq lazımdır ki, keyfiyyətin dolu qruplara və sabit gəlirə çevrilsin.

Ödənişsiz ilkin diaqnostika. Direktor və komanda üçün: Bağça Satış Təlimi →

Kənan Zərbiyevin portreti: tünd kostyum və açıq mavi köynəkdə

Audit mütəxəssisi

Azərbaycan Texniki Universiteti

  • 8

    istiqamət üzrə diaqnostika

  • 4

    mərhələli əməkdaşlıq

  • Hər ay

    rəqəmlərlə hesabat

  • MSc

    keyfiyyət idarəetməsi

PRİORİTET PROBLEMLƏR

  • Reklama pul gedir, zəng gəlmir.
  • DM-ə cavab verilir, qeydiyyat olmur.
  • Müəllim gedir, iş dağılır.
  • Gəlir var, mənfəət görünmür.

Bunlar ayrı-ayrı problemlər deyil. Sistem yoxdur.

BOŞ YERİN AYLIQ QİYMƏTİ

Rəqəmləri yaz, itkini gör.

Aylıq itki
—
İllik itki
—

Hesablama yalnız sizin brauzerinizdə aparılır, rəqəmlər heç yerə göndərilmir.

SİSTEM NƏDİR?

Bağçanın 8 istiqaməti, bir sistem.

  1. 01

    DİAQNOSTİKA

    Bağçanın vəziyyəti 8 istiqamət üzrə ölçülür, itki nöqtələri tapılır.

  2. 02

    KOMANDA VƏ KPI

    Müəllim seçimi, əməkhaqqı modeli, KPI və yeni işçinin uyğunlaşması.

  3. 03

    MALİYYƏ MODELİ VƏ QİYMƏT

    Xərc, gəlir və doluluq hesablanır, qiymət rəqəmə əsaslanır.

  4. 04

    ƏMƏLİYYATLAR (SOP)

    Gündəlik işlər yazılı qaydaya çevrilir, keyfiyyət adamdan asılı olmur.

  5. 05

    SATIŞ SİSTEMİ

    Zəngdən qeydiyyata qədər skript və CRM: heç bir müraciət itmir.

  6. 06

    MARKETİNQ VƏ BREND

    Profil, reklam və kontent qərar verən valideynə yönəlir.

  7. 07

    MÜŞTƏRİ TƏCRÜBƏSİ

    İlk gündən sonuncu günə qədər valideynin təcrübəsi qurulur, müştəri qalır.

  8. 08

    İDARƏETMƏ PANELİ

    Əsas rəqəmlər bir ekranda: doluluq, gəlir, müraciət, itki.

ƏMƏKDAŞLIQ PROSESİ

  1. 1

    İlkin əlaqə və diaqnostika

    Bağçanın mövcud vəziyyətinin dəyərləndirilməsi.

    Nəticə: diaqnostika hesabatı

  2. 2

    Yol xəritəsi

    Problemlərin sistemləşdirilməsi davam edən müddətdə hansı addımların izləniləcəyi haqqında məlumat verilməsi.

    Nəticə: yol xəritəsi

  3. 3

    Müşahidə

    Sistemi aylıq müşayiətlə addım-addım qururuq.

    Nəticə: aylıq müşayiət

  4. 4

    Hesabat

    Aylıq hesabatla mövcud vəziyyətin yenidən dəyərləndirilməsi.

    Nəticə: aylıq hesabat

TEZ-TEZ VERİLƏN SUALLAR

  • Diaqnostika ödənişlidirmi?

    Telefon danışığı və bağçada qısa diaqnostika ödənişsizdir. 8 istiqamətin hamısının sənəd və rəqəmlərlə yoxlandığı detallı diaqnostika ödənişli mərhələdir.

  • Diaqnostika bağçama lazımdırmı?

    Bunu telefon danışığında birlikdə müəyyənləşdiririk. Bağçanın vəziyyətinə və məqsədinizə baxırıq, sonra diaqnostikanın sizə lazım olub-olmadığı bəlli olur.

  • Hesabatda nə olur?

    8 istiqamət üzrə 1-dən 10-a qədər bal, kök səbəb, prioritet xəritəsi və ilk 90 günün addımları. Nümunə hesabata Diaqnostika səhifəsindən baxa bilərsiniz.

  • Qiymət nə qədərdir?

    Qiymət saytda açıqlanmır. Əməkdaşlığın şərtləri və qiyməti ilkin söhbətdə izah olunur.

  • Sistem qurulandan sonra nə olur?

    Əməkdaşlıq aylıq müşayiətlə davam edir: sistem addım-addım qurulur, hər ay rəqəmlərlə hesabat verilir və bağçanın vəziyyəti yenidən dəyərləndirilir.

  • Bağça Satış Təlimi kimlər üçündür?

    Bağça sahibləri və direktorlar, bağça açmaq istəyənlər və valideynlə işləyən hər kəs üçün. Mühazirə yoxdur: hər mövzuda öz bağçanızın real nümunəsi ilə işləyirsiniz.

Kənan Zərbiyev tünd kostyumda, ayaq üstə

Kənan Zərbiyev

Azərbaycan Texniki Universitetinin Keyfiyyətin Təminatı Şöbəsində audit mütəxəssisi kimi çalışıram. Keyfiyyət idarəetməsi üzrə magistr təhsilimi İstanbul Universitetində almışam.

Auditdə qayda sadədir: ölçülməyən şey idarə olunmur. Bu, universitetdə olduğu kimi, eyni qaydada bağçalara da aiddir.

Əvvəl planlama, sonra fəaliyyət.
Daha ətraflı →

BLOQDAN

Bütün yazılar

BAĞÇANDA NEÇƏ BOŞ YER VAR?

Ödənişsiz ilkin diaqnostika ilə harada itirdiyini birlikdə tapaq.